Almaniyanın xarici işlər naziri Annalena Berbok yanvarın 17-də Ukraynaya, yanvarın 18-də isə Rusiyaya səfər edəcək.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burqer bildirib.
Onun sözlərinə görə, səfər müəyyən olunmuş siyasi kontekstdə reallaşacaq.
"Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə əlaqədar təcili qərar qəbul edilməsi, eləcə də müxtəlif danışıqların formatı tələb olunur”, - nazirliyin nümayəndəsi əlavə edib.
7NEWS.Az







