7NEWS.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin göstərişi ilə Almaniyanın "Lufthansa” aviaşirkəti təxliyə məqsədilə cümə axşamı və cümə günləri İsrailə 4 reys həyata keçirəcək. Bildirilib ki, nazirlik tərəfindən İsraili tərk etmək istəyən Almaniya vətəndaşları üçün günün istənilən vaxtı əlaqə saxlamaq mümkün olan xüsusi telefon xətti yaradılıb. Ölkələrinə qayıtmaq istəyən Almaniya vətəndaşlarının "böhran ehtiyat siyahısı”nda qeydiyyatdan keçmələri lazım olduğu paylaşılıb.
7NEWS.az








