Almaniyada qida məhsullarına tətbiq edilən ƏDV dərəcəsi 2024-cü ildən yenidən 19 faizə qaldırılacaq.
7NEWS.az xəbər verir ki, koronavirus dövründə restoranlara dəstək olmaq üçün 9 faizə endirilən ƏDV dərəcəsi 2024-cü ildən yenidən 19 faiz olacaq. Bunun Almaniyadakı bir çox restoranı vuracağı gözlənilir.
Alman Otellər və Restoranlar Birliyi, ƏDV artımının 12 mindən çox restoranın bağlanmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
7NEWS.az








