RU
Almaniyada 130 milyon dollarlıq muzey oğurluğuna görə 5 nəfər həbs edilib
16:45
23

Almaniyada 130 milyon dollarlıq muzey oğurluğuna görə 5 nəfər həbs edilib


7NEWS.az xəbər verir ki, Almaniyada məhkəmə 2019-cu ildə ölkənin gündəminə gələn tarixi soyğunla bağlı qərarını verib. Saksoniyanın Drezden şəhərindəki Yaşıl Anbar Muzeyindən təxminən 130 milyon dollar dəyərində 18-ci əsrə aid zinət əşyalarını oğurlayan 5 dəstə üzvü məhkəmə tərəfindən 4 ildən 6 ilə qədər həbs cəzasına məhkum edilib. Drezden rayon məhkəməsi 24-29 yaşlarında olan şübhəliləri qəsdən adam öldürmə, silahlı soyğunçuluq, əmlaka ziyan vurma və sübutları qaraltmaq üçün yandırmada təqsirli bilib. İş üzrə mühakimə olunan 6-cı təqsirləndirilən şəxs dəlilləri qəbul olunduqdan sonra bəraət alıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ