RU
Almaniyada anbarda yanğın baş verib
12:18
29

Almaniyada anbarda yanğın baş verib


7NEWS.az xəbər verir ki, Liman şəhəri Hamburqda Billstr küçəsində, əsasən əfqan və türklərin ikinci əl malların satıldığı anbarda naməlum səbəbdən yanğın baş verib. Ətraf rayonlarda yaşayan əhalinin mobil telefonlarına evdən çölə çıxmamaq, pəncərələri, kondisionerləri açmamaq barədə xəbərdarlıq mesajları göndərilib. Küləyin təsiri ilə tüstü 3-4 kilometr aralıda olan şəhər mərkəzinə doğru hərəkət edib. Polis zəhərli qazla bağlı ən azı 140 nəfəri ərazidən təxliyə edib. Hadisə yerində olan polis və yanğınsöndürənlər də xüsusi maskalar taxıblar.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ