RU
Almaniyada Azərbaycan vətəndaşına xəsarət yetirən şəxs saxlanılıb
14:00
193

Almaniyada Azərbaycan vətəndaşına xəsarət yetirən şəxs saxlanılıb

Almaniyada Azərbaycan Respublikası vətəndaşına xəsarət yetirərək qaçan şəxs saxlanılıb.
Hadisə ötən ilin oktyabrında Köln şəhərində qeydə alınıb. Azyaşlı övladı ilə qatarda səyahət edən 37 yaşlı Azərbaycan vətəndaşı tüfeyli həyat sürən şəxsin fiziki zorakılığına məruz qalıb. Baş nahiyəsindən xəsarət alan Azərbaycan vətəndaşı növbəti stansiyada polisə məlumat verib.

Qatar vaqonlarındakı kamera görüntüləri əsasında araşdırma aparan Köln şəhər polisi ötən gün Azərbaycan vətəndaşına fizikin xəsarət yetirən şəxsi saxlayıb. 43 yaşlı şəxs hadisəni xatırlamadığını, həmin vaxt alkoqollu içkinin təsiri altında olduğunu deyib.

Saxlanılan şəxs məhkəməyə çıxarılıb və barəsində iki ay müddətinə həbs qətimkan tədibiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ