Almaniyanın Berlin şəhərində, Kurfyurstendamm bulvarında təşkil olunan Yeni il yarmarkasında baş verən terror aktının məsuliyyətinin İŞİD terror təşkilatı öz üzərinə götürüb.
7news.Az xəbər verir ki, Pakistan vətəndaşı, 23 yaşlı Naved Q. hadisədə günahkar bilinib həbs edilsə də, sonradan araşdırmalar zamanı onun bu terrorla əlaqəsi olmadığı məlum olub. Məlum olub ki, əsil günahkar azadlıqdadır.
Qeyd edək ki, dekabrın 19-da şübhəli şəxsin yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər isə yaralanıb.
7news.Az








