Almaniyanın Düsseldorf şəhərində yaşayış binasının birinci mərtəbəsindəki köşkdə baş verən partlayışdan sonra yanğın baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.
7NEWS.az xəbər verir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Düsseldorf şəhərində yaşayış binasının birinci mərtəbəsindəki köşkdə yerli vaxtla saat 02.25 radələrində partlayış baş verib. Partlayışdan sonra yanğın baş verdiyi üçün əraziyə yanğınsöndürmə briqadaları göndərilib. Alov yuxarı mərtəbələrə və park edilmiş avtomobillərə keçib. Çoxlu sayda mənzil sakini nərdivanlarla eyvandan çıxarılıb. Yanğınsöndürmə idarəsindən verilən açıqlamada 3 nəfərin öldüyü, 16 nəfərin xəstəxanalara aparıldığı bildirilib. Yanğının səbəbi hələlik məlum deyil.
7NEWS.az








