RU
Almaniyada
12:27
161

Almaniyada "COVİD-19"a yoluxanların sayı 125 mini ÖTDÜ

Almaniyada son sutka ərzində daha 2082 yoluxma faktı qeydə alınıb.

7News.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Məlumatda bildirilib ki, ölkədə koronavirusa yoluxan xəstələrin sayı 125 098-a çatıb.

Qeyd olunub ki, Almaniyada son sutka ərzində 170 nəfər vəfat edib ki, bununla da indiyə kimi xəstəlikdən ölənlərin sayı 2969 nəfərə yüksəlib.

Həmçinin 68 200 nəfərin koronavirusdan sağaldığı deyilib.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ