RU
Almaniyada daha bir irqçi təşkilat qadağan edildi
15:43
73

Almaniyada daha bir irqçi təşkilat qadağan edildi


Almaniyada bir həftə ərzində daha bir neonasist təşkilatının fəaliyyəti qadağan edildi. 12 ştatda keçirilən reydlər zamanı 39 şübhəlinin evində axtarış aparılıb.

7NEWS.az xəbər verir ki, Almaniyanın daxili işlər naziri Nensi Fazer daha bir ifrat sağçı təşkilatın fəaliyyətinin qadağan edildiyini açıqlayıb. Berlində Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, çərşənbə günü səhər saatlarında təhlükəsizlik qüvvələri 12 ştatda "Növlər İcması - Unikal Həyat tərzi üçün Alman İnancları Cəmiyyəti" adlı dərnəyə aid 39 nəfərdən ibarət 26 evə və dərnək binalarına basqın edib. Açıqlamada bildirilib ki, birliyin fəaliyyəti bir ildir ki, Federal Konstitusiyanın Müdafiəsi İdarəsi tərəfindən izlənilir. Antisemit irqçi quruluş müəyyən məhəllələrdə təşkil edilmiş və xüsusilə uşaq və gənclərə təsir etmək məqsədi daşıyan fəaliyyətlər həyata keçirmişdir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ