Almaniyaya mühacir axını çoxaldıqca, radikal millətçilər tərəfindən qaçqınların yaşadığı məkanlara edilən hücumların sayı da artır.
Növbəti hadisə Baden-Vürtemberq Federal torpağının Vertheim şəhərindəki sığınacaqda törədilib. Hüquq mühafizə orqanlarının məlumatına görə, insident gecə saatlarında baş verib. Mühacirlərin məskunlaşdığı idman zalına od vurulub. Artıq polis binada qəsdən yanğın törədilməsi faktını təsdiqləyib. Məlum olub ki, hadisədən bir gün əvvəl bura 330 nəfərlik yataq dəstləri yerləşdirilib. Yanğından sonra tikili tam yararsız hala düşüb və uçmaq təhlükəsi ilə üzləşıb.
Son vaxtlar Almaniyada analoji insidentlər mütəmadi hal alıb. Təkcə ötən il radikal sağçı qrupların ölkənin müxtəlif şəhərlərində qaçqınların yaşadığı yerlərə 162 hücumu qeydə alınıb./azertag
7news.az








