RU
Almaniyada əhalinin 20,3 faizi tək yaşayır
14:30
36

Almaniyada əhalinin 20,3 faizi tək yaşayır


7NEWS.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına əsaslanaraq ölkədə tək yaşayan insanlarla bağlı məlumatları açıqlayıb. Keçən il Almaniyada tək yaşayanların nisbəti əhalinin 20,3 faizini təşkil etdiyi halda, bu nisbət AB ortalamasının 16,1 faizinin üstündə qaldı. Finlandiya yüzdə 25,8, Litva yüzdə 24,6, İsveç yüzdə 24,1, Danimarka yüzdə 23,5 və Estoniya yüzdə 21,5 ilə tək yaşama nisbətlərinə görə Aİ ortalamasının üstündə idi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ