RU
Almaniyada əyləncə məkanına hücum - Ölən və yaralananlar var
12:30
20

Almaniyada əyləncə məkanına hücum - Ölən və yaralananlar var

Almaniyanın Solingen şəhərində molotof kokteyli ilə hücum təşkil edilib.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Solingendə əyləncə məkanına molotof kokteyli atılıb. Partlayış nəticəsində biri 7 yaşlı uşaq olmaqla 4 nəfər yaralanıb. Hücum edən şəxs isə ölüb.

Partlayışdan sonra başlayan yanğın qısa müddətdə söndürülüb. Polis hadisənin baş verdiyi küçəyə giriş-çıxışları bağlayıb.

Polis və prokurorluq hücumun terror aktı olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ