Baş nazir Olaf Şolz İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu vurğulayarkən, Almaniyada İsrail əleyhinə keçirilən nümayişlərin utanc verici olduğunu bildirib. O, Samidun və HƏMAS-ın fəaliyyətinin qadağan ediləcəyini bəyan edib.
7NEWS.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz HƏMAS-ın İsraildə həyata keçirdiyi hücumları şiddətlə qınamaqla yanaşı, Almaniyada Həmas və Samidoun dərnəyinin fəaliyyətinin qadağan ediləcəyini açıqlayıb. İsraildəki hücumlarla bağlı Bundestaqda hökumət bəyanatı verən kansler Şolz İsrailin yanında olduqlarını və İsrail dövlətinin özünü müdafiə etmək hüququna malik olduğunu vurğulayıb. Bundestaqın fəxri qonaqlar tribunasında yerini alan İsrail səfiri Ron Proser ayaqda alqışlarla qarşılanarkən, baş nazir Şolz ötən şənbə günü İsraildən gələn görüntülərin və qətliamların qeyri-insani olduğunu bildirib.
7NEWS.az








