RU
Almaniyada hökumətə dəstək 19 faiz gerilədi
16:06
58

Almaniyada hökumətə dəstək 19 faiz gerilədi


Almaniyanın ARD ictimai televiziyasının sorğusuna əsasən, vətəndaşların yalnız 19 faizi koalisiya hökumətinin işindən razıdır. Vətəndaşların əksəriyyətinin fikrincə, ölkənin ən böyük problemləri iqtisadiyyat və immiqrasiyadır.

7NEWS.az xəbər verir ki, Almaniyanın ARD ictimai radio və televiziya qurumunun vətəndaşların siyasi meyllərini araşdırdığı "DeutschlandTrend” sorğusunun yeni nəticələri açıqlanıb. Respondentlərdən koalisiya hökumətinin işindən nə dərəcədə razı olduqları soruşulub. Buna əsasən, vətəndaşların yalnız 19 faizi Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət koalisiya hökumətinin işindən "çox razıdır" və ya "məmnundur". Digər tərəfdən, 79 faiz bu suala "çox razı deyiləm” və ya "heç razı deyiləm” cavabını verib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ