7NEWS.az xəbər verir ki, Almaniyanın Sindelfingen şəhərində Mercedes şirkətinin fabrikinə silahlı basqın nəticəsində iki türk işçinin həyatını itirdiyi bildirilib. Yerli mənbələr Türkiyə əsilli hücumçu ilə öldürülən işçilər arasında daha əvvəl də mübahisə olduğunu iddia edib. Bildirilib ki, polis 53 yaşlı təcavüzkarı saxlayıb və ifadəsi alınmaq üçün polis bölməsinə aparıb.
7NEWS.az








