7NEWS.az xəbər verir ki, Almaniyada ilk dəfə olaraq ifrat sağçı bir şəxs rayon qubernatoru seçilib. Almaniya üçün ifrat sağçı Alternativ Partiyasının (AfD) namizədi Robert Sesselmann Türingiyanın Sonneberq şəhərində keçirilən seçkilərdə qalib gələrək ölkənin ilk ifrat sağçı rayon qubernatoru oldu. Almaniyanın əsas partiyalarının radikal fikirlərinə görə əməkdaşlıqdan rəsmən imtina etdiyi AfD-nin namizədi Sesselmann ikinci turda səslərin 52,8 faizini qazanaraq seçkidə qalib gəlib. AfD qurulduqdan on il sonra ilk yüksək vəzifəsini qazandı.
7NEWS.az








