İyulda Almaniyada istehlak qiymətləri illik müqayisədə 6,2 faiz artıb. İyun ayı ilə müqayisədə azalma olsa da, ekspertlər inflyasiyanın hələ də yüksək olduğuna diqqət çəkirlər.
7NEWS.az xəbər verir ki, mərkəzi ofisi Visbadendə olan Federal Statistika İdarəsinin verdiyi açıqlamaya görə, iyul ayında Almaniyada istehlak qiymətləri illik müqayisədə 6,2 faiz artıb. İyun ayında inflyasiya yüzdə 6,4, may ayında isə yüzdə 6,1 olaraq açıqlanıb. Mart və aprel aylarında 7 faizdən yuxarı idi. İyul ayı inflyasiya nisbətini qiymətləndirən Federal Statistika İdarəsinin rəhbəri Ruth Brand, "İnflyasiya bir qədər yavaşlasa da, hələ də yüksək səviyyədədir" dedi.
7NEWS.az








