7NEWS.az xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatı Almaniya, həftədə 5 gün əvəzinə 4 günlük iş modelini sınaqdan keçirməyə başladı. 45 şirkət və təşkilat fevral ayından başlayaraq altı ay ərzində həftədə 4 gün işləyəcək. İşçilər tam maaşlarını almağa davam edəcəklər. 4 günlük işin tərəfdarları bu təcrübənin işçilərin məhsuldarlığını artıracağını və nəticədə ölkədə ixtisaslı işçi çatışmazlığının aradan qaldırılmasına kömək edəcəyini iddia edirlər. Deyirlər ki, 5 gün əvəzinə 4 gün işləyənlər daha motivasiyalı və buna görə də məhsuldar olurlar. Bu modelin həftənin beş günü işləmək istəməyənləri də işçi qüvvəsinə daxil olmağa razı salacağına inanılır.
7NEWS.az








