Almaniyada ümumi məşğulluq 2023-cü ilin sentyabrında 46 milyona çatıb ki, bu da son 32 ilin ən yüksək səviyyəsidir.
7NEWS.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı müvəqqəti məlumatlara görə, ölkədə məşğulluq avqust ayı ilə müqayisədə sentyabr ayında 247 min nəfər artıb. Sentyabrda ölkədə ümumi məşğulluq 46 milyon nəfərə yüksəldi və bununla da Şərqi və Qərbi Almaniyanın birləşdiyi 1990-cı ildən bəri ən yüksək göstəriciyə çatdı. Bundan əlavə, yeni zirvə 2022-ci ilin noyabrında görülən rekord məşğulluq nisbətini 0,3 faiz bəndi üstələyib.
7NEWS.az








