Almaniyada minimum əmək haqqının saatda 82 sent artırılaraq 12,82 avroya çatdırılmasını nəzərdə tutan qanuni tənzimləmə kabinet tərəfindən qəbul edilib. İki illik müddətdə artım işçiləri qane etməyib.
7NEWS.az xəbər verir ki, Almaniyada 2024-cü il yanvarın 1-dən qüvvəyə minən minimum əmək haqqının iki mərhələdə 12,82 avroya çatdırılması təklifi Nazirlər Kabineti tərəfindən qəbul edilib. Belə ki, hökumət iyun ayında işəgötürənlərin və işçilərin nümayəndələrinin daxil olduğu Minimum Əmək haqqı Komissiyasının təklif etdiyi məbləği təsdiqləyib. Müvafiq olaraq, saatlıq minimum əmək haqqı ümumilikdə 6,8 faiz artırılaraq 2024-cü il yanvarın 1-də 12,41 avroya, 2025-ci il yanvarın 1-də isə 12,82 avroya çatdırılacaq. İşçi tərəfi əmək haqqının artırılmasının qeyri-kafi hesab edərək əleyhinə çıxsa da, Komissiyada işəgötürən tərəfin səsləri ilə təklif qəbul edilib.
7NEWS.az








