RU
Almaniyada mutasiyalı koronavirusdan ölənlərin cəsədləri yandırılır - 962 meyit... - FOTO
16:27
244

Almaniyada mutasiyalı koronavirusdan ölənlərin cəsədləri yandırılır - 962 meyit... - FOTO

Almaniyada ötən gün 962 nəfər koronavirusdan ölüb.

7News.Az haberler-ə istinadla bildirir ki, koronavirusun 17 mutasiyalı formasının aşkarlandığı Almaniyada ötən gün Coviddən ölənlərin sayı rekord həddə çatıb.

Ölənlərin çoxunun yaşı 80-dan yuxarıdır. Onların cəsədləri krematoriyada yandırılır. Açıqlamaya görə buranın işçiləri növbəylə çalışırlar. Onlar cəsədləri xüsusi tabutlara qoyub, paketləyib, sonra da yandırırlar. Dünən 700-cü cəsəd yandırılıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Almaniyada bugünədək milyon yarımdan çox insanın koronavirus testi pozitiv çıxıb, 28 mindən çox insan bu virusun qurbanı olub.

 

Qeyd edək ki, krematoriya meyitlərin yüksək temperaturda yandırıldığı yerdir. Bir çox din və mədəniyyətdə krematoriya geniş yayılmışdır. Bəzi mədəniyyətlərdə ölülərin külü suvenir kimi saxlanılır. Bundan əlavə, epidemiya riski olan cəsədlər də krematoriyalarda yandırılır.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ