Almaniyanın ailə, yaşlı vətəndaşlar, qadınlar və gənclər üzrə naziri Anne Şpigel istefa verib.
7NEWS.Az xəbər verir ki, bu barədə N-TV kanalı onun bəyanatına istinadla məlumat yayıb.
Məlum olub ki, Şpigel 2021-ci ilin yayında baş vermiş fəlakətli daşqınlar zamanı 180-dən çox insanın həyatına son qoyan təbii fəlakətin miqyasından tamamilə xəbərsiz olub və heç bir məlumatla maraqlanmayıb. Bundan əlavə, faciədən 10 gün sonra Şpigel əri ilə birlikdə daşqının nəticələrinin aradan qaldırılması ilə bağlı problemlərlə məşğul olmaq əvəzinə Fransaya tətilə gedib.
7NEWS.Az








