7NEWS.az xəbər verir ki, Almaniyada "Artgemeinschaft” adlı neonasist dərnəyinin fəaliyyətinin qadağan edildiyi bildirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, "Artgemeinschaft” dərnəyinin və ona tabe olan bütün birləşmələrin fəaliyyəti qadağan edilib. Təxminən 150 üzvü ilə neonasist, irqçi, ksenofob və anti-demokratik bir birlik olduğu vurğulanan Artgemeinschaft-ın ölkədəki konstitusiya quruluşuna zidd olduğu bildirilib.
7NEWS.az








