Dünən axşam Almaniyada sərnişin qatarında baş vermiş terror aktına görə məsuliyyəti İŞİD təşkilatı öz üzərinə götürüb.
Bu barədə İŞİD-ə yaxın olan Amaq agentliyi məlumat verib. Xəbər verildiyi kimi, dünən axşam Almaniyada sərnişin qatarında silahlı insident baş verib.
17 yaşlı əfqan gənc balta və bıçaqla sərnişinlərə xəsarət yetirib. 4 nəfər ağır yaralanıb. Polislər gənci atəş açaraq dayandırmalı olublar.
Son zamanlar İŞİD təşkilatı müxtəlif sosial şəbəkələr vasitəsi ilə insanları "xaç yürüşünə çıxanların ölkələrində islam uğrunda cihada" çağıran bəyanatlar yayır./olke.az
7news.Az








