Almaniyada təyyarənin qəzaya uğradığı yerə yola düşən polis avtomobili qəzaya düşüb.
7News.Az trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Polis avtomobili digər iki avtomobillə toqquşub.
Qeyd edək ki, daha öncə Egelsbax hava limanında enməyə çalışan "Epic-LT" şəxsi təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 3 nəfər olub. Aralarında "S7" aviaşirkətinin şəriki Nataliya Filiyeva olan təyyarənin göyərtəsində olanlar Rusiya vətəndaşı olub.
7News.Az








