2010-cu ildə əsası qoyulmuş ifrat sağçı Compact jurnalının sahibi olan Compact Magazin GmbH yəhudilərə, mühacir əsilli insanlara və parlament demokratiyasına qarşı "nifrətin qızışdırılması" ittihamı ilə bağlanıb.
7NEWS.az xəbər verir ki, Almaniyanın daxili işlər naziri Nensi Faeser çərşənbə axşamı "ifrat sağçı" adlandırdığı Compact jurnalının və onun aid olduğu Compact Magazin GmbH şirkətinin "nifrətin qızışdırılması" ittihamı ilə bağlandığını açıqlayıb. Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, şirkət rəhbərliyi və səhmdarları ilə bağlı 4 rayonda polis reydləri keçirilib.
7NEWS.az








