7NEWS.az xəbər verir ki, Cənubi Koreya orbitə ikinci yerli hərbi casus peyki göndərib. Cənubi Koreya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, peyki daşıyan SpaceX-in Falcon-9 raketi yerli vaxtla saat 19.17-də ABŞ-ın Florida ştatındakı Kennedi Kosmos Mərkəzindən uğurla buraxılıb. Qeyd edilib ki, peyk orbitə buraxıldıqdan təxminən 45 dəqiqə sonra daxil olub.
7NEWS.az