RU
Almaniyada sərnişindən 455 min avro ələ keçirildi
17:25
69

Almaniyada sərnişindən 455 min avro ələ keçirildi


Almaniyanın Münhen hava limanında 66 yaşlı təqaüdçüdən 455 min avro götürülüb.

7NEWS.az xəbər verir ki, Alman gömrük rəsmiləri açıqladı ki, sərnişin təhlükəsizlik qapısından keçərkən üzərində təxminən 300 avro olduğunu bildirib. Yoxlama zamanı təqaüdçü şəxsin üzərində artıq pul tapılmayıb. Lakin naməlum şəxs təhlükəsizlik yoxlamasından keçdikdən sonra həmin şəxsə təyyarəyə minərkən kabin çantası verib. Təkrar yoxlama zamanı baqajda 20 və 50 əskinasda 455 min avro aşkar edilib. Gömrük işçiləri pulu müsadirə edərək, cərimə tətbiq etmək məqsədi ilə sərnişinə qarşı inzibati icraata başlayıblar.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ