Almaniyanın Baden-Vürtemberq əyalətində silahlı hücum nəticəsində 3 nəfərin həyatını itirdiyi bildirilib.
7NEWS.az xəbər verir ki, Focus jurnalının polis sözçüsünə əsaslanaraq yazdığı xəbərə görə, Albstadt şəhəri yaxınlığındakı Lautlingen şəhərində silahlı hücum baş verib. Hücumda 2 nəfərin öldüyü, 2 nəfərin isə ağır yaralandığı bildirilərkən, Almaniyanın Südwest Presse qəzeti ilkin məlumata görə, 3 nəfərin həyatını itirdiyini bildirib.
7NEWS.az








