RU
Almaniyada sinaqoqa hücum hazırlamaqda şübhəli bilinən şəxs həbs edilib
17:50
42

Almaniyada sinaqoqa hücum hazırlamaqda şübhəli bilinən şəxs həbs edilib

Almaniyanın cənub-qərbində bir gənc sinaqoqa hücum hazırlamaqda şübhəli bilinərək həbs edilib.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ştutqart və Karlsrue prokurorluqlarının və Baden-Vürtemberq federal torpağının cinayət idarəsinin birgə bəyanatında bildirilib.

İstintaqın məlumatına görə, Vaynxaym şəhərindən (Baden-Vürtemberq federal torpağı) olan 18 yaşlı türkəsilli Almaniya vətəndaşı tanışı ilə Haydelberqdəki sinaqoqun ziyarətçilərinə bıçaqla hücum etmək planını müzakirə edib.

Mayın 18-də şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onun mənzilində axtarışlar aparılıb. Onunla hücum planını müzakirə edən 24 yaşlı gənc də həbs edilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ