Almaniyada iqtisadi fəaliyyətlər oktyabr ayında ardıcıl dördüncü aydır aylıq enişini davam etdirərkən, bu vəziyyət 'iqtisadiyyatda tənəzzül yaxınlaşır' olaraq qiymətləndirilib.
7NEWS.az xəbər verir ki, S&P Global tərəfindən hazırlanan Hamburg Commercial Bank PMI-nin oktyabr ayı üzrə aparıcı məlumatları açıqlanıb. Müvafiq olaraq, ölkədə sentyabrda 46,4 bənd olan kompozit PMI oktyabrda 45,8 punkta geriləyib. Ardıcıl dörd ay ərzində 50 balın altında ölçülən kompozit PMI üçün bazar gözləntisi, dəyərin 46,7 punkta yüksəlməsi idi.
7NEWS.az








