7NEWS.az xəbər verir ki, Almaniyanın Mainz şəhərində yerli vaxtla saat 08.20 radələrində ictimai yayımçı ZDF televiziya kanalına elektron poçt vasitəsilə bomba təhlükəsi edilib. Televiziya kanalına məxsus bina evakuasiya edilərkən, təxminən 600 işçi saat yarım çöldə saxlanılıb. Polisdən verilən açıqlamada bomba zərərsizləşdirmə qrupları və itlərlə binada aparılan təhlükəsizlik taraması nəticəsində heç bir təhlükəli vəziyyətə rast gəlinmədiyi bildirilib. Almaniyada səhər saatlarında Erfurt, Solingen, Karlsrue, Regensburq və Auqsburq şəhərlərində 5 məktəbə bomba təhlükəsi edilib.
7NEWS.az








