Almaniyada aparılan araşdırmalar, dəri rəngi və baş örtüyü kimi faktorlardan asılı olaraq, "xarici mənşəli” olan insanların polis yoxlamalarına daha çox məruz qaldığını ortaya çıxarıb.
7NEWS.az xəbər verir ki, İnteqrasiya və Miqrasiya üzrə Ekspert Şurasının (SVR) apardığı hərtərəfli ümummilli araşdırmaya görə, "xarici mənşəli” kimi qəbul edilənlərin ictimai yerlərdə polis nəzarətinə məruz qalma ehtimalı digər insanlara nisbətən iki dəfə çoxdur.
7NEWS.az








