7NEWS.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) 2023-cü il üçün yaşayış binalarının tikintisi üçün icazələr haqqında məlumat açıqlayıb. Açıqlanan məlumatlara görə, Almaniyada səlahiyyətlilər tərəfindən verilən mənzil inşaat icazələri 2023-cü ildə bir əvvəlki ilə görə yüzdə 26,6 azalaraq 260 min 100-ə gerilədi. Beləliklə, ölkədə mənzillərə verilən lisenziyaların sayı 2012-ci ildən bəri ən aşağı həddə düşüb. 2012-ci ildə 241 min mənzil tikintisinə icazə verilib.
7NEWS.az








