RU
Almaniyadan Dağlıq Qarabağ
12:11
1785

Almaniyadan Dağlıq Qarabağ

ATƏT-in sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer qoşunların təmas xəttində artan gərginliklə bağlı açıqlama verib.  

7News.Az xarici mətbuata istinadən bildirir ki, Dağlıq Qarabağda silahlı toqquşmaların davam etdiyini diqqətə çatdıran diplomat məsələni Minsk qrupunun həmsədrləri ilə müzakirə edəcəyini diqqətə çatdırıb. Dağlıq Qarabağ münaqişəsinin regiondakı sülh və sabitliyə ən böyük təhlükə olduğunu deyən Ştaynmayer,  müharibə alovunun  yayılmaması üçün tərəflərin atəşi dayandırmasının şərt olduğunu deyir.  ATƏT sədri mətbuat konfransından sonra cəbhədə baş verənləri Rusiyalı həmkarı Sergey Lavrovla telefonla da müzakirə edib. O, bildirib:

"Açıq şəkildə deyə bilərik ki, Dağlıq Qarabağ münaqişəsi asanlıqla regiona yayılmağa qadir,  kifayət qədər təhlükəli münaqişədir. Odur ki, bütün diqqətimizi tərəflər arasında gərginliyin azaldılmasına yönəltməliyik.  Bütün tərəflər  bu istiqamətdə işlər görür".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ