İstanbulda polis Almaniyanın baş konsulluğunu mühasirəyə alıb.
7News.Az xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” nəşri məlumat yayıb. Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları konsulluğa gedən küçəni bağlayıblar. Məlumata görə, Almaniya konsulluğunun binası qarşısında keçirilən etiraz aksiyaları ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri gücləndirilib.
Xatırladaq ki, dünən Almaniya Parlamenti Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınını “soyqırım” kimi tanıyan qətnaməni qəbul edib.








