7NEWS.az xəbər verir ki, Almaniyanın şərq əyalətlərindən biri olan Brandenburqda keçirilən əyalət şurası seçkilərində Sosial Demokrat Partiyası (SPD) 30,9 faiz səslə qalib gəlib. Brandenburq əyalətinin seçki şurasının açıqladığı müvəqqəti rəsmi nəticələrə görə, SPD 30,9 faiz səs toplayaraq 1990-cı ildən bəri ardıcıl səkkizinci dəfə əyalət seçkilərində qalib gələn partiya oldu. SPD əvvəlki seçkilərlə müqayisədə səsini 4,7 bal artırıb.








