Almaniyanın Baden-Vürtemberq və Bavariya əyalətlərində güclü yağışlar sel və daşqınlara səbəb olub. Bölgədən yüzlərlə insan təxliyə edilib.
7NEWS.az xəbər verir ki, Almaniyanın Baden-Vürtemberq əyaləti və Bavariya əyalətinin bəzi bölgələrində daşqın və daşqınların fəsadları davam edir. Bavariyanın Pfaffenhofen rayonunun Reichertshofen şəhərciyinin Ebenhauzen-Verk məhəlləsində gecə saatlarında bənd çöküb. Yerli administratorların verdiyi məlumata görə, bölgədən 800 nəfər təxliyə edilib.
7NEWS.az








