RU
Almaniyanın Əfqanıstandakı səfirliyinə hücum - 4 ölü, 120 yaralı
12:48
339

Almaniyanın Əfqanıstandakı səfirliyinə hücum - 4 ölü, 120 yaralı

Əfqanıstanın Məzari-Şərif şəhərində Almaniya səfirliyinə bombalı hücum olub. 

7News.az xəbər verir ki, içərisində partlayıcı qurğu yerləşdirilmiş yük maşını səfirliyin binasına çırpılıb. Güclü partlayış nəticəsində 4 nəfər ölüb, 120 nəfər yaralanıb. Dünyasını dəyişənlər və yaralılar arasında diplomatik nümayəndəliyin heç bir əməkdaşı yoxdur. 

Terror hücumuna görə, məsuliyyəti Taliban terror qruplaşması öz üzərinə götürüb. Talibanın yaydığı bəyanatda deyilir ki, bu hücum Amerika aviasiyasının Qunduz əyalətinə endirdiyi zərbələrə cavabdır. Ötən həftə endirilən bu zərbələr nəticəsində 30 nəfər dinc sakin həyatını itirmişdi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ