RU
Almaniyanın əhalisi 2023-cü ildə 84,7 milyon nəfərə çatıb
17:40
38

Almaniyanın əhalisi 2023-cü ildə 84,7 milyon nəfərə çatıb


Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkədə əhalinin 2023-cü ildə 300 min nəfər artaraq rekord səviyyəyə - 84,7 milyon nəfərə çatacağını açıqlayıb.

7NEWS.az xəbər verir ki, əhali artımı ilə bağlı 2023-cü ilin aparıcı məlumatlarını açıqlayan qurum, artımın 2012-2021-ci illər arasındakı prosesə paralel olduğunu, lakin 2022-ci ildəki rekord artımla müqayisədə "zəif" olaraq qaldığını bildirib. Destatis həmçinin 2023-cü ildə Almaniyaya xalis miqrasiyanın 710 min nəfərə yaxınlaşacağını proqnozlaşdırıb. Bu rəqəm 2022-ci ildə 2,7 milyon olaraq qeydə alınıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ