Aİ-nin İrana qarşı sanksiyalarını sərtləşdirməsinə baxmayaraq, Almaniyanın bu ölkəyə ixracı artıb. İsrail isə İrana satılan malların çox diqqətlə araşdırılması lazım olduğunu bildirib.
7NEWS.az xəbər verir ki, Almaniyanın İrana ixracı 2024-cü ilin birinci yarısında sərtləşdirilmiş sanksiyalara baxmayaraq artıb. Reuters xəbər agentliyinin Federal Statistika İdarəsinin məlumatlarına əsasən verdiyi məlumata görə, ixracın həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 632 milyon avroya çatıb. Bildirilir ki, təkcə iyun ayında Almaniyanın İrana satdığı mal və xidmətlər 2023-cü ilin iyun ayı ilə müqayisədə 4 faiz artıb.
7NEWS.az








