RU
Almaniyanın İrəvandakı səfirliyində yanğın olub
10:46
274

Almaniyanın İrəvandakı səfirliyində yanğın olub

Almaniyanın Ermənistanın paytaxtı İrəvanda yerləşən səfirliyinin binasında yanğın olub.

 

7News.az erməni KİV-nə istinadən xəbər verir ki, bu gün saat 08:29-da səfirliyin binasının ikinci mərtəbəsində yanğın olub. Hadisə yerinə dərhal yanğınsöndürən briqadalar cəlb olunub.

Yanğın 08:49 radələrində söndürülüb. 

Məlumata əsasən səfirin otağında elektrik qızdırıcısının naqilləri və divardan asılan tarixi foro yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ