RU
Almaniyanın müdafiə naziri yeni hərbi xidmət modelini təqdim edib
17:32
78

Almaniyanın müdafiə naziri yeni hərbi xidmət modelini təqdim edib


Almaniyanın müdafiə naziri Pistorius Almaniya ordusunun şəxsi heyətinin artırılması üçün hazırladığı planı Bundestaqın Müdafiə Komitəsinə təqdim edib.

7NEWS.az xəbər verir ki, Bundestaqın Müdafiə Komitəsinə təqdim olunan modelə hərbi xidmətin məcburi edilməsi daxil deyil. Bundan əlavə, hərbi xidmət keçmək hüququ olan bütün Almaniya vətəndaşlarının qeydiyyata alınmasını və 18 yaşdan yuxarı bütün gənc kişi və qızlara sorğu vərəqəsinin göndərilməsini nəzərdə tutur. Kişilər bu formanı məcburi şəkildə doldurub göndərməyə borclu olduğu halda, qadınlar bunu etməyə borclu deyillər. Formada verilən məlumata görə, ordunun müvafiq meyarlara cavab verənləri fiziki müayinədən keçməyə dəvət etməsi gözlənilir. Hərbi xidmətə getmək istəyənlərə 6 ay əsas hərbi xidmət keçməsi, könüllü olduqları halda isə bu müddətin 17 aya çatdırılması nəzərdə tutulur.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ