RU
Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub
10:02
48

Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda səfərdə olan Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin martın 11-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayeri qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verdi.

Almaniya və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ