O 1974-cü ildən 1982-ci ilədək hakimiyyətdə olub.
Almaniyanın sabiq kansleri Helmut Şmidt 97 yaşında Hamburqda vəfat edib.
7news.az -ın məlumatına görə, bu barədə DPA agentliyi eks-kanslerin həkimi Hayner Qretenə istinadən xəbər verir.
Helmut Şmidt - Almaniyanın 5-ci kansleri olub. O 1974-cü ildən 1982-ci ilədək hakimiyyətdə olub.
Onun hakimiyyəti dövründə Almaniya neft böhranları, 70-ci illərin kəskin işsizliyi, 1977-ci ilin “alman payızı” – “Qızıl Ordu Fraksiyası” (Rote Armee Fraktion ) ekstremist hərəkatının terroru və s. kimi bir çox çağırışlarla mübarizə aparıb.
7news.az








