RU
Almanlar Ərdoğanı məhkəməyə verdilər
13:08
1010

Almanlar Ərdoğanı məhkəməyə verdilər

Bir neçə alman siyasətçi və hüquq müdafiəçisi Rəcəb Tayyib Ərdoğanı və digər yüksək rütbəli məmurarı hərbi cinayətkarlıqda ittiham ediblər.

7news.Az"İnterfaks" agentliyinə istinadən xəbər verir ki, iddia kürdlərin və Türkiyə Böyük Millət Məclisində olan bir kürd deputatın maraqlarını qoruyan hamburqlu vəkillər tərəfindən qaldırılıb.

Vəkillərin hazırladığı 200 səhifəlik sənəd dünən Berlində Ali Məhkəmə nəzdindəki Baş Prokurorluğa təqdim edilib.

Sənəddə bildirilir ki, türk ordusunun əsasən kürdlərin yerləşdiyi ərazilərdə, xüsusən Cizrə şəhərində apardığı əməliyyatlar nəticəsində xeyli sayda dinc vətəndaş öldürülüb.

Bir konkret insident zamanı zirzəmilərdə gizlənmiş 178 kürdün qəsdən benzin tökülərək canlı-canlı yandırıldığı iddia edilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ