RU
Almanlar miqrantlardan bezib: Rədd olun!
14:40
508

Almanlar miqrantlardan bezib: Rədd olun!" - FOTO

Dünən Almaniyanın şərqindəki Saksoniya federal əyalətində, Hemnits şəhərində kütləvi etiraz aksiyaları keçirilib.

7News.Az Bild-ə istinadən bildirir ki, ultrasağçıların təşkil etdikləri aksiyalar avqustun 26-da 35 yaşlı etnik almanın qətlə yetirilməsi ilə bağlıdır. İlkin məlumatlara görə, almanı miqrant ərəblər bıçaqlayıblar. Qatillərin Suriya və İraqdan gəlmiş iki miqrant olduğu vurğulanır.

Bu səbəbdən də etiraz aksiyaları və yürüşlər antimiqrant səciyyəli idi.

Qətlə yetirilmiş almanın qadın olduğu deyilsə də, sonradan bu məlumat təsdiqlənməyib.

Karl Marks abidəsinin önündəki meydanda 1200 nəfərin qatıldığı mitinqdə "Rədd olun!" və "Luegenpresse" ("Yalançı media") şüarları da səslənib. Bu şüar Hitler Almaniyası dövründə nasistlərin sevimli çağırışı idi.

Yerli "Hemnits uğrunda!" ultraradikal hərəkatı və "Kaotic" fanat qruplaşmasının təşkil etdikləri mitinq başlayan kimi şəhərdəki bayram tədbirləri dayandırılıb.

 

Radikallar şəhər küçələrində miqrantlara hücum ediblər. 18 yaşlı əfqan, 18 yaşlı suriyalı və ərəb sayılmış 30 yaşlı bolqar vəhşicəsinə döyülüb.

Hemnits prokurorluğu gəlmələrə qarşı yeni aksiyalar gözləyir. Yerli sakinlərin dediklərinə görə, miqrant axını səbəbindən onlar özlərini təhlükəsiz hiss etmirlər.

Hemnitsdəki qətllə bağlı 23 yaşlı suriyalı və 22 yaşlı iraqlı tutulub.

7News.Az

Almaniya miqrantlardan bezib

Almanlar miqrantlardan bezib: Rədd olun!

Almanlar miqrantlardan bezib: Rədd olun!

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ