Almatıdakı mağazalardan birindən seyf oğurlamaqda şübhəli bilinən 24 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
7News.Az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı şəhər polisinin mətbuat xidməti məlumat yayıb.
Oğurluq hadisəsi Almatının Auezovsk rayonunun Momışule küçəsində baş verib. Əməliyyatçılar əlində çanta olan şəxsin avtomobilə doğru qaçdığını görüblər. Saxlanılan zaman həmin çantanın içərisindən oğurlanmış seyf aşkarlanıb.
Faktla bağlı 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşına qarşı cinayət işi başlanılıb.
7News.Az








