Bakının ən möhtəşəm binalarından sayılan “Alov qüllələri” 42-ci Ümumdünya Şahmat Olimpiadasının təbliğatına dəstək verməyə başlayıb.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, gecə saatlarında orijinal işıqlandırma sayəsində binaların üzərində vizual olaraq şahmat fiqurları canlandırılır.
Hərəkətli fiqurlarla yanaşı şahmatın müxtəlif elementləri Bakı sakinləri və şəhərimizin qonaqlarını 42-ci Şahmat Olimpiadasına dəvət edir.
Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Bakı Kristal Zalında baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək.
7news.Az
“Alov qüllələri” Şahmat Olimpiadasına dəstək oldu – FOTO








